Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək?
02 Noyabr 2026
X-XI siniflərdə geyim qaydalarına riayət etməyən və dərsə gəlməyən şagirdlərə attestat verilməsi məsələsinə aydınlıq gətirilib.
Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov danışıb.
"Şagirdlərin yekun attestasiyası və biliklərinin qiymətləndirilməsi Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli 498 nömrəli qərarı ilə tənzimlənir. Biliyi hər hansı səbəbdən asılı olmayaraq qiymətləndirilməyən şagirdə ümumi və ya tam orta təhsil haqqında attestat verilmir", - deyə o bildirib. (APA)