Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik
29 İyul 2026
ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski görüş zamanı Kiyevə "Patriot" zenit-raket kompleksi üçün raketlərin istehsalına lisenziyanın verilməsi imkanını müzakirə ediblər.
Bu barədə Ukrayna lideri Ağ Evin Oval kabinetində keçirilən görüşün yekunlarına dair özünün teleqram kanalındakı səhifəsində yazıb.
"Prezidentlə "Patriot" üçün raketlərin istehsalına dair lisenziyaları və bəzi digər ideyaları müzakirə etdik. Həmçinin diplomatiya barədə danışdıq. Diplomatik prosesi (Rusiya və Ukrayna arasındakı münaqişənin nizamlanması üçün - red.) fəallaşdırmaq vacibdir. Komandalarımız gələcək kommunikasiyanın detallarını razılaşdıracaq. Qətiyyətli dəstəyə görə Birləşmiş Ştatlara minnətdaram", - deyə o yazıb.
V.Zelenski görüşü müsbət xarakterizə edərək onu "yaxşı" adlandırıb.
O, həmçinin bu gün dəfn mərasimi keçirilən senator Lindsi Qremin ölümü ilə əlaqədar Trampa başsağlığı verib: "Prezident Trampa Lindsi Qremin ölümü ilə əlaqədar başsağlığı verdim. O, Ukraynanın əsl dostu idi".