Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski şərtini açıqladı: "Rusiya ilə işə yaramayan danışıqlara vaxtımız yoxdur"

“Ukrayna Rusiya ilə sülh danışıqlarına yalnız düşmənin müharibəni dayandırmaq niyyətində olduğu halda hazırdır”.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ZDF nəşrinə müsahibəsinə istinadən xəbər verir.

"Bizim işə yaramayan danışığa vaxtımız yoxdur. Nə etdiyimizi dəqiq bilirik. Vurğulayıram ki, bizim heç bir şübhəmiz yoxdur və yalnız qarşı tərəf müharibəni bitirməyə hazır olduqda danışmağa hazırıq", - dövlət başçısı əlavə edib.