Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir
25 Oktyabr 2026
Serbiyada növbədənkənar parlament seçkiləri başlayıb.
Seçkilərdə vətəndaşlar Serbiya parlamentinin yeni çağırışında təmsil olunacaq 250 deputatı seçəcəklər.
Seçki məntəqələri Serbiya vaxtı ilə saat 20:00-dək açıq olacaq.
Qeyd edək ki, Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti növbədənkənar parlament seçkilərini müşahidə etmək, həmçinin seçki idarəçiliyi sahəsində beynəlxalq əməkdaşlığı və təcrübə mübadiləsini genişləndirmək üçün bu ölkədə səfərdədir.