Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski səlahiyyət müddətindən danışdı: "Hələ bitməyib"

Ukrayna Prezidenti Volodimir Zelenski dövlət başçısı kimi səlahiyyət müddətinin hələ başa çatmadığını düşünür.

O, bunu “Reuters”ə müsahibəsində deyib.

“Beş ilim (prezident kimi) hələ bitməyib. Bu, hərbi vəziyyətə görə davam edir”, - V.Zelenski vurğulayıb.

O, fəaliyyətini qiymətləndirə bilməyəcəyini bildirib: “Çünki bunun mənim tərəfimdən qiymətləndirilməsi etik deyil”.