Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski: "Rusiya ilə danışıqlar olmayacaq"

“Bəzi beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Rusiya ilə sülh danışıqları istisnadır”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Financial Times”a müsahibəsində deyib.

O bildirib ki, Rusiya ilə danışıqlar məsələsində rəsmi Kiyevlə Qərbin maraqları fərqli ola bilər: “Rusiyanın müharibə cinayətləri Ukrayna ictimaiyyətini Moskva ilə kompromislərlə bağlı daha sərt mövqe tutmağa vadar etdi. Bəzi müttəfiqlər Ukraynanın Krımı azad etmək cəhdinin nüvə eskalasiyasının başlanmasına səbəb olacağından ehtiyat edirlər”.