Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski: Putin ABŞ-a yeni şərtlər qəbul etdirməyə çalışır

Rusiyanın mövqeyində kompromis axtarılması vaxt itkisinə səbəb olur, çünki Moskva istənilən dəyişikliyi yeni şərtlər irəli sürmək üçün istifadə edəcək.

Ukrayna Prezidenti Volodimir Zelenski bunu “Telegram” kanalında bildirib.

Zelenski ABŞ-ın müharibəni dayandırmaq istəyinin səmimi olduğuna inandığını qeyd edib. Bununla yanaşı, o, Rusiya ilə mümkün güzəştlərlə bağlı xəbərdarlıq edib.

Ukrayna Prezidentinin fikrincə, Moskva qarşı tərəfin kompromisə hazır olduğunu gördükdə bundan Vaşinqtona yeni şərtlər irəli sürmək və təzyiq göstərmək üçün istifadə edəcək.