Ərdoğanın baş müşaviri Oktay Saral vəzifəsindən azad edildi
26 Oktyabr 2026
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın vəzifəsindən azad edildiyi bildirilir.
Türkiyə mətbuatı xəbər verir ki, bu barədə jurnalist Fuat Uğur məlumat yayıb.
Jurnalist Talat Atilla isə Oktay Saralla telefon danışığının səs yazısını paylaşaraq onun prezidentin göstərişi ilə vəzifəsindən ayrıldığını dediyini bildirib.
Qeyd edək ki, Oktay Saral bir müddət əvvəl Azərbaycana qarşı səsləndirdiyi sərt fikirlərlə gündəmə gəlmişdi.