Logo
news content
User
Kateqoriyalar

Xəbər

Serbiyada növbədənkənar parlament seçkiləri başa çatıb

Serbiyada növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb.

Səsvermə prosesi yerli vaxtla 20:00-da sonlanıb.

Serbiya vətəndaşları parlamentin yeni çağırışında təmsil olunacaq 250 deputatı seçmək üçün səs veriblər. Yerli vaxtla saat 19:00-a olan məlumata görə, seçicilərin 67,6 faizi səs vermə hüququndan istifadə edib.

Qeyd edək ki, Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti növbədənkənar parlament seçkilərini müşahidə etmək, həmçinin seçki idarəçiliyi sahəsində beynəlxalq əməkdaşlığı və təcrübə mübadiləsini genişləndirmək üçün bu ölkədə səfərdədir.

25 oktyabr, 22:27

Serbiyada keçirilən növbədənkənar parlament seçkilərində yerli vaxtla saat 18:00-a olan məlumata görə, seçici fəallığı 64,89 faiz təşkil edib.

Bu barədə Serbiya Respublika Statistika İdarəsinin direktor vəzifəsini icra edən Branko Yosipoviç Respublika Seçki Komissiyasında keçirilən mətbuat konfransında məlumat verib.

Bildirilib ki, saat 18:00-a qədər Voyvodinada seçicilərin 66,90 faizi, Belqradda 65,67 faizi, Şumadiya və Qərbi Serbiya regionunda 64,53 faizi, Cənubi və Şərqi Serbiya regionunda isə 62,01 faizi səsvermədə iştirak edib.

Qeyd edək ki, əvvəlki - 2023-cü il dekabrın 17-də keçirilən parlament seçkilərində saat 18:00-a olan məlumata görə, seçici fəallığı 51,93 faiz təşkil edib.