Zelenski Melaniya Trampı I dərəcəli "Knyaginya Olqa" ordeni ilə təltif edib
04 Noyabr 2026
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin birinci xanımı Melaniya Trampı I dərəcəli "Knyaginya Olqa" ordeni ilə təltif edib.
Bu barədə Ukrayna dövlət başçısının rəsmi saytında bildirilib.
Sənədə əsasən, mükafat Melaniya Trampa Ukraynaya humanitar dəstək işinə verdiyi mühüm şəxsi töhfəyə, hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş, eləcə də Rusiyanın nəzarəti altında olan Ukrayna ərazilərindən qanunsuz deportasiya edilmiş, məcburi köçürülmüş ukraynalı uşaqların və vətəndaşların xilas edilməsinə yönəlmiş fəal hüquq müdafiə, həmçinin xeyriyyəçilik fəaliyyətinə görə təqdim edilib.