Ən yaraşıqlı Ceyms Bond seçildi - FOTO
24 Noyabr 2026
Britaniyalı plastik cərrah Culian de Silva Ceyms Bond rolunun ən yaraşıqlı ifaçısının adını açıqlayıb.
Bu barədə "Daily Mail" nəşri yazıb.
Mütəxəssis "Agent 007"ni canlandıran yeddi aktyorun hamısının üzlərini qızıl nisbət qaydası ilə müqayisə edib.

Kompüter analizi zamanı o, fotoşəkillərə əsasən, onların gözlərini, qaşlarını, burunlarını, dodaqlarını, çənələrini, eləcə də üzlərinin və çənələrinin formasını qiymətləndirib.
Beləliklə, reytinqdə birinci yeri 83.6 faiz nəticə ilə Pirs Brosnan tutub.
Həkim ikinci yeri 83.3 faiz toplayan Şon Konneriyə verib. Üçüncü yerdə 81.6 faiz nəticə ilə Deniel Kreyq, dördüncü yerdə isə 81.4 faiz nəticə ilə Rocer Mur qərarlaşıb.
Bond rolunun yeni ifaçısı, 40 yaşlı britaniyalı aktyor Robert Pattinson 80.4 faiz nəticə ilə beşinci yeri tutub. Siyahıda sonuncu yerləri Corc Lezenbi (78.9 faiz) və Timoti Dalton (73.9 faiz) əldə ediblər.
Bundan əlavə, cərrah ayrıca parametrlərə əsasən liderləri müəyyən edib. Brosnan ən proporsional dodaqların sahibi olub, Konnerinin çənəsi, Murun burnu, Lezenbinin isə qaşları və gözləri arasındakı məsafə ən proporsional hesab olunub. Kreyq gözlərdən dodaqlara qədər olan proporsiyaya görə, Pattinson isə üz formasına görə birinci yeri tutublar.

