Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə milyardlıq fırıldaqda ittiham olunan keçmiş nazir ev dustaqlığına buraxıldı

Noyabrın 6-da fondlarla bağlı istintaq çərçivəsində saxlanılan Türkiyənin sabiq ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya ev dustaqlığına buraxılıb.

Bu barədə "Haber Global" məlumat yayıb.

"Fatma Betül Sayan Kaya saxlanıldıqdan 18 gün sonra yaşayış yerini tərk etməmək üzrə məhkəmə nəzarəti tədbiri tətbiq edilərək sərbəst buraxılıb", - deyə məlumatda bildirilir.

Fatma Betül Sayan Kaya kapital bazarı ilə bağlı qanunun pozulması və cinayət törətmək məqsədilə yaradılan təşkilata üzv olmaqda şübhəli bilinir.

Sabiq nazirin əri İlyas Kaya və Kapital Bazarları Şurasının keçmiş sədri İbrahim Ömər Gönül də eyni cinayətlərdə ittiham olunurlar. Onlar barəsində ölkədən çıxma qadağası və həbs olmayan qətimkan tədbiri qərarları verilib.