Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski İlon Maskı Ukraynada "Starlink"in fəaliyyətini bərpa etməyə çağırıb

Ukrayna prezidenti Volodimir Zelenski İlon Maskı ölkə ərazisində “Starlink” peyk internet sisteminin fəaliyyətini bərpa etməyə çağırıb.

Zelenski Londonda Böyük Britaniya rəhbərliyi ilə görüşü zamanı Ukraynanın Starlinkə çıxışında yaranan çətinliklərdən danışıb.

“Bu, böyük səhvdir. Bu, çoxsaylı insan tələfatına səbəb olacaq. Buna görə də İlon Maska müraciətim ondan ibarətdir ki, bunun sadəcə bir səhv olduğuna çox ümid edirəm. Bəlkə də hansısa ciddi texniki problemdir, bilmirəm. Lakin biz sistemin fəaliyyətinin bərpa olunmasını xahiş edirik. Düşünürəm ki, bu, ədalətli və tərəfdaşlığa uyğun addım olardı”, – Zelenski bildirib.