Bakıda 10-a yaxın şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
15 Oktyabr 2026
Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib.
Bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb.
Bu zaman onlarla məktəbin mühafizəçisi arasında mübahisə yaranıb.
Nəticədə 10-a yaxın şəxs mühafizəçiyə hücum edərək ona ağır xəsarətlər yetirib.
Başından xəsarət alan mühafizəçinin şəhər xəstəxanalarından birinə çatdırıldığı və əməliyyat olunduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.