Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski etiraz edərək Ağ Evi tərk edib, saziş imzalanmayıb

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla mübahisə etdikdən sonra Ağ Evi vaxtından əvvəl tərk edib.

Bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, ABŞ ilə Ukrayna arasında minerallarla bağlı razılaşma imzalanmayıb və prezidentlərin birgə mətbuat konfransı ləğv edilib.

Ağ Ev mətbuat konfransının ləğv edildiyini təsdiqləyib.

“Ukrayna Prezidenti Volodimir Zelenski və Prezident Donald Tramp artıq cümə günü birgə mətbuat konfrası keçirməyəcəklər”, - Ağ Ev rəsmisi bildirib.

Ukrayna nümayəndə heyətinin də Ağ Evi tərk etdiyi bildirilir.