Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski etiraf etdi: “Xarkov vilayətində vəziyyət ağırdır, şiddətli döyüşlər gedir”

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkənin Xarkov vilayətinin sərhəd zonasında şiddətli döyüşlər gedir.

Dövlət başçısı bunu axşam müraciətində deyib.

“Müdafiə döyüşləri davam edir, sərhəd zolağımızın əhəmiyyətli bir hissəsində şiddətli döyüşlər gedir. Elə kəndlər var ki, əslində “boz zona”dan hərbi əməliyyatlar zonasına çevrilib və işğalçı onların bəzilərində möhkəmlənməyə, digərlərindən isə sadəcə olaraq daha da irəliləmək üçün istifadə etməyə çalışır”, - Zelenski vurğulayıb.

Prezident qeyd edib ki, Volçansk şəhəri yaxınlığında vəziyyət çox ağırdır, şəhər daim Rusiya atəşi altındadır, Ukrayna hərbçilərinin şəhərdə əks-hücum hərəkətləri davam edir, yerli sakinlərə köməklik göstərilir.