Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski Ərdoğanla görüşmək üçün Türkiyəyə gedib

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin paytaxtı Ankarada səfərdədir.

Bu barədə “Anadolu” məlumat yayıb.

“Zelenski və nümayəndə heyətini daşıyan təyyarə 21:08 (Bakı vaxtı ilə 22:08 – red.) Ankara Əsənboğa Hava Limanına eniş edib”, – agentliyin məlumatında qeyd olunub.

Dövlət başçısının türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Prezident Sarayında görüşü planlaşdırılır.