Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski Consonla müharibənin gedişatını müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.

Bu barədə Ukraynanın dövlət başçısı tviterdə yazıb.

“Boris Consonla daim təmasdayam. Mühüm beynəlxalq tədbirlər ərəfəsində mövqeləri razılaşdırdıq. Döyüş meydanındakı durumu, Ukraynanın müdafiə ehtiyaclarını və ərzaq təhlükəsizliyinə təhdidləri müzakirə etdik”, - V.Zelenski vurğulayıb.