Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski Avropa İttifaqının liderləri ilə görüşür

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Mario Draqi arasında görüş başlayıb.

UNIAN-ın məlumatına görə, Volodimir Zelenski onları İrpen şəhərinə səfərdən sonra salamalayıb. Bu, fevralın 24-dən, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra onların ilk canlı təmasıdır.

Qeyd edək ki, görüşə Ukraynada səfərdə olan Rumıniya Prezidenti Klaus Yohannis də qatılıb.

Qeyd edək ki, üç ölkənin lideri bu gün səhər Ukraynaya səfər ediblər. Onlar Zelenski ilə görüşməmişdən əvvəl İrpendə səfərdə olublar.