Zelenski Ağ Evə gedir
11 Dekabr 2023
ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenskini “Ukrayna xalqını dəstəkləməkdə sarsılmaz öhdəliyini vurğulamaq üçün” Ağ Evə dəvət edib.
TURANın Vaşinqton müxbiri xəbər verir ki, Bunu Baydenin sözçüsü Karine Jean Pyer deyib.
Görüş Bayden administrasiyasınınp Ukraynaya kömək etmək üçün pulun tükəndiyini xəbərdar etdiyi vaxta təsadüf edir. Zelenski bu gün Vaşinqtona işgüzar səfərə gələcək, Ukrayna rəsmilərinin dediyinə görə, “bir sıra görüşlər və müzakirələr” olacaq. Rəsmilərin sözlərinə görə, Bayden və Zelenski danışıqlardan sonra Ağ Evdə birgə mətbuat konfransı keçirəcəklər. Zelenski ABŞ Konqresində çıxış etmək üçün də dəvət olunub. Senatorlar çərşənbə axşamı Zelenskinin Nümayəndələr Palatasının spikeri Mayk Consonla təkbətək görüşünə qatılacaqlar.
Respublikaçılar keçən həftə əsasən Ukrayna və İsrailə 106 milyard dollarlıq təcili yardımın qarşısını kəsiblər. Bu, Demokrat konqresmenlərin respublikaçıların israrla tələb etdiyi immiqrasiya qanunlarını sərtləşdirməkdən imtina etməsindən sonra baş verib.