Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski Ağ Evdəki mübahisəyə görə Trampdan üzr istəyib

Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evin Oval kabinetində baş vermiş insidentə görə amerikalı həmkarı Donald Trampdan üzr istəyib.

ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff "Fox News"un efirində belə bir fikirlə ilə çıxış edib.

Onun sözlərinə görə, Ukrayna lideri bununla bağlı D.Trampa məktub göndərib:

"Fikrimcə, bu, vacib addım idi. Buna tərəqqi demək istərdim. Sövdələşmənin əldə olunacağına ümid edirəm".