Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zaxarovadan Makron və Zelenskinin fotosuna iyrənc şərh

Xəbər verdiyimiz kimi, iyunun 16-sı Almaniya Kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Mario Draqi Kiyevə səfər edərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüblər. Görüş, həmçinin liderlərin bir neçə səmimi fotosu ilə də yadda qalıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova Zelenski və Makronun yer aldığı bu fotolardan birini şərh edib.



“İndi başa düşürəm ki, Putinin masası niyə belə uzundur”, - deyə Zaxarova qeyd edib.

Xatırladaq ki, fevralın 7-si Emmanuel Makron Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər edib. Görüşdə tərəflər arasında uzun masadan istifadə olunub. Kremlin daha sonradan verdiyi açıqlamaya görə, görüşdə uzun masadan istifadə olunmasına səbəb koronavirusla bağlı görülən təhlükəsizlik tədbirləri olub.