Zaqatalada toyuq dönərindən 30 nəfər zəhərlənib
08 May 2024
Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub.
Pressklub.az-ın məlumatına görə, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub. Zəhərlənənlər arasında tələbələrdə var.
Əldə olunan məlumata görə, zəhərlənən şəxslər Zaqatala şəhərinin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər. Müraciət edənlərdən labarator müayinələr üçün müvafiq nümunələr götürülüb.
Axşam saatlarından başlayaraq toyuq dönəridən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edənlərin sayı 30-a çatıb.
Faktla bağlı müvaviq qrumlar tərəfindən araşdırmalara başlanılıb.