Zaqatalada 3 nəfər qarayara xəstəliyinə yoluxub
07 İyun 2024
Zaqatala rayonunun Faldarlı kəndinin 3 sakini qarayara diaqnozu ilə Bakı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Bu barədə Turana tibb müəssisəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Xəstələr yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Onlardan birində qarayara xəstəliyi təsdiqlənib və tibbi protokola uyğun müalicəsi davam etdirilir.
Digər ikisindən nümunələr Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində laboratoriya müayinələri üçün götürülüb.
Hər üçünün vəziyyəti orta ağır qiymətləndirilir.