Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zalujnı Britaniyaya səfir təyin edilib

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna ordusunun keçmiş baş komandanı Valeri Zalujnını Böyük Britaniyaya fövqəladə və səlahiyyətli səfir təyin edib.

Müvafiq fərman dövlət başçısının saytında dərc olunub.

Bundan əvvəl Zelenski Zalujnını səhhətinə görə hərbi xidmətdən uzaqlaşdırmışdı.

Qeyd edək ki, Valeri Zalujnı Ukrayna ordusunun baş komandanı olub.