Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zakir Həsənovdan tapşırıq: Rusiya sülhməramlılarının yerləşdiyi ərazilər daim nəzarətdə saxlanılsın!

Müdafiə Nazirliyində keçirilən müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki mövcud əməliyyat şəraiti ətraflı təhlil edilib.

Bu barədə nazirlikdən bildirilib.

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətdə saxlanılmasının vacibliyi xüsusi qeyd edilib.

Qeyd edək ki, noyabrın 5-də keçirilən müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, həmçinin hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.