Zahid Oruc: "Paşinyanı Azərbaycana dəvət edək"
07 May 2024
Milli Məclisin üzvü Zahid Oruc Azərbaycanı ABŞ Konqresinin sanksiyalarından qorumaqdan ötrü "çıxış yolu"nu tapıb.
Çərşənbə axşamı plenar iclasda çıxış edərkən Ermənistanın baş naziri Paşinyanı Bakıya dəvət etməyi təklif edib ki, “siyasi düşmənlərimizin və sanksiyaçıların Azərbaycana yolu birdəfəlik bağlansın”.
Onun sözlərinə görə, ABŞ Konqresində sanksiyalar ideyası 1992-ci ildə 907-ci düzəlişə təşəbbüs göstərən qruplardan gəlir.