Logo
news content
User
Kateqoriyalar

Xəbər

“YouTube” təxribatçı Peqovun “wargonzo” səhifəsini silib - FOTO

“YouTube” təxribatçı videolarla populyarlıq qazanan Rusiyalı “jurnalist” Semyon Peqovun “WarGonzo” səhifəsini bağlayıb.

Səhifə həmişəlik silinib.

Buna səbəb kanalın Ukraynadakı müharibəni işıqlandırarkən şəbəkənin qaydalarını pozması olub.

Qeyd edək ki, erməni əsilli media maqnatı Aram Gabrileyanov tərəfindən maliyyələşdirilən “wargonzo” layihəsi İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan haqqında çoxlu dezinformasiya yaymaqla məşğul olub.

Semyon Peqov Qarabağla yanaşı Ukraynanın işğal altında olan Donbas bölgəsində də təxribatçı videolar çəkməklə məşğul olub. Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.