Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yol polisi hüquq müdafiəçisi Elşən Həsənovu saxlayıb

Şənbə günü səhər saatlarında yol polisi hüquq müdafiəçisi, 65 yaşlı Elşən Həsənovu avtomobili ilə “Sədərək” ticarət mərkəzinə gedərkən  saxlayıb.

“Bizi yol polisi heç bir səbəb olmadan saxladı. Heç bir əsas  olmadan Elşən bəyi məcburi müayinə üçün narkoloji dispanserə  aparırlar”, - hüquq müdafiəçisinin həyat yoldaşı Rəna Həsənova Turan-a bildirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamaq mümkün olmayıb.

Keçmiş “vicdan məhbusu” Elşən Həsənov Siyasi Məhbusların Monitorinqi Mərkəzinə rəhbərlik edir. O, həm də “Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” Birliyinin həmsədridir.