Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yeni ölümcül pandemiyaya hansı virus səbəb olacaq? - Alimlər açıqladılar

Qrip virusu yeni pandemiyaya səbəb ola bilər.

Bu barədə "The Guardian" beynəlxalq araşdırmaya istinadən yazır.

Sorğuda dünyanın müxtəlif ölkələrindən 187 alim iştirak edib. Onların 57 faizi qrip virusunun başqa bir ştamına görə yeni pandemiyanın baş verəcəyini qeyd edib. Respondentlərin daha 21 faizi “X Virus”unun bütün dünya üçün təhlükəyə çevriləcəyinə əmindir.

"Qrip hər qış ortaya çıxır. Bu epidemiyaları kiçik pandemiya adlandırmaq olar. Onlara az-çox nəzarət edilir, çünki səbəb olan müxtəlif ştamlar kifayət qədər virulent deyil. Lakin bu, həmişə belə olmayacaq", - Köln Universitetinin tədqiqatçısı Con Salmanton-Qarsiya bildirib.

Bundan əlavə, sorğuda iştirak edən alimlərin 15 faizi "Sars-CoV-2"nin yenidən pandemiyaya səbəb ola biləcəyinə əmindir.