Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib
02 Oktyabr 2026
Oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirilib.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib.
Partiyanın VIII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib.
Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:
İlham Əliyev
Mehriban Əliyeva
Tahir Budaqov
Əli Əhmədov
Arif Rəhimzadə
Elnarə Akimova
Bayram Aslanov
Azər Badamov
Tofiq Cahangirov
Kamal Cəfərov
Samir Cəfərov
Rauf Əliyev
Asif Əsgərli
Vazeh Əsgərov
Ziyafət Əsgərov
Eldar Əzizov
Ülviyyə Həmzəyeva
Ramiz Hüseynov
Hicran Hüseynova
Eldar İbrahimov
Fuad İbrahimov
Anar İsgəndərov
Amin İsmayılov
İmamverdi İsmayılov
Şahin İsmayılov
Pərvin Kərimzadə
Elmar Qasımov
Musa Quliyev
Mübariz Qurbanlı
Rəşad Mahmudov
Hikmət Məmmədov
İlham Məmmədov
Tahir Mirkişili
Ədalət Muradov
Bahar Muradova
Alqış Musayev
Elnur Sadıqov
Aynur Sofiyeva
Əfsun Sucayev
Mixael Zabelin
Yeni Azərbaycan Partiyasının bu gün keçirilmiş VIII Qurultayında yeni seçilən İdarə Heyətində əvvəlki tərkibdən beş nəfər yer almayıb.
Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşir, Ramin Məmmədov və Rövşən Bayramov bu dəfə İdarə Heyətinə seçilməyib.
Bunun əvəzində Ziyafət Əsgərov, Hicran Hüseynova, İmamverdi İsmayılov, İlham Məmmədov və Alqış Musayev YAP İdarə Heyətinin 40 nəfərlik siyahında yer alıb.
Bundan başqa ,Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişir
Bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VIII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib.
Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməyə əsasən, partiya sədrinin səlahiyyət müddəti 5 ildir. Səlahiyyət müddəti başa çatdıqda partiyanın sədri Qurultay tərəfindən yenidən seçilə bilər.
Nizami Səfərov qeyd edib ki, bu müddəa aradan qaldırılıb: “Bu, tamamilə qanunauyğun, siyasi və hüquqi reallıqları əks etdirən, Azərbaycanın misli görünməmiş zəfərlərinin rəhbəri, YAP sədri Prezident İlham Əliyevin mütəşəkkil qüvvə olan YAP-a müddətsiz rəhbərlik etməsi bizi yeni uğurlara və böyük qələbələrə aparacaq”.