Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yaxın 5 ildə manatın məzənnəsi sabit qalacaq - Proqnoz

2029-cu ilin sonuna qədər Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsinin sabit qalacağı proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2025-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.

Sənədə əsasən, İqtisadiyyat Nazirliyinin təqdim etdiyi makroiqtisadi proqnozlarda 2026-2029-cu illər üzrə manat/dollar nisbəti cari ilin səviyyəsində (1,7) götürülüb.