Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yaponiyada 7,4 bal gücündə zəlzələ - Sunami təhlükəsi elan edilib

Yaponiyanın mərkəzində güclü zəlzələlər olub.

Yaponiya Milli Meteorologiya İdarəsinin verdiyi xəbərə görə, gücü 7,4 maqnitudaya çatan zəlzələlər İsikava və Niiqata əyalətlərində qeydə alınıb.

Hələ ki, dağıntı və tələfat barədə məlumat daxil olmayıb. Ancaq ölkənin qərb sahillərində hündürlüyü 5 metrə çatacaq sunami təhlükəsi elan olunub. Yerli sakinlər təcili sahil zonaları tərk etməyə, yaxud binaların damına çıxmağa çağırılıb.

İndiyə qədər 3 dəfə güclü zəlzələ xəbərdarlığı elan olunub. Yerli sakinlər növbəti yeraltı təkanlara hazır olmağa çağırılıb.