Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ya müharibə, ya da... Onların mahnıları qadağan edilir

Rusiyanın Xalq artisti Alla Puqaçova, Əməkdar artist Valeri Meladze, həmçinin bəstəkar Konstantin Meladzenin yazdığı mahnılar Rusiya radiostansiyalarının pleylistlərindən çıxarılıb.

 




Bu barədə solenka.info xəbər yayıb. Qərar məşhurların Ukraynadakı xüsusi əməliyyatı tənqid etməsi ilə əlaqədar qəbul edilib.

Qeyd edək ki, müharibəyə qarşı ilk çıxış edən Valeri Meladze olub və Rusiya hakimiyyətinin hərəkətlərini pisləyib. Puqaçova mart ayında İsrailə gedib, bundan sonra avqustun sonunda Rusiyaya qayıdıb.

Lakin o, həyat yoldaşı Maksim Qalkini (Rusiya Federasiyasında xarici agent kimi tanınıb) dəstəkləyib və ərindən sonra özünü xarici agent kimi tanımasını istəyərək Rusiyadan gedib.

Konstantin Meladze isə xüsusi əməliyyat başlayandan sonra gözdən itib.