Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xocavənddə 18 əsgərimizin qalıqları tapıldı: Əlləri və ayaqları kəndirlə bağlı olub... - FOTOLAR

Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb.

Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb.

Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqları bilinir. Bundan başqa, skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.

Məhkəmə tibbi kriminalistika şöbə rəisi Nuranə Hüseynova jurnalistlərə açıqlamasında deyib ki, Xocavənddə aşkarlanan kütləvi məzarlıqda olan skelet sümükləri hərbçilərimizə məxsusdur.

O, qeyd edib ki, Azərbaycan xalqı ermənilərin törətdikləri minlərlə faciə, terror, kütləvi qırğınlarla üzləşib.

“Hazırdan Xocavəndin Edilli kəndindəyik. Burada 3 sahə aşkar edilib. Birinci və ikinci sahədə ümumi 6 skelet sümüyü, üçüncü sahədə isə 12 skelet sümüyü aşkar olundu. Bu sümüklər hərbçilərimizə məxsusdur. Skelet sümükləri üzərində geyimlər, ayaqqabılar, bıçaq, siqaret kötüyü, güllələr, patronlar var. Sümüklər qablaşdırılaraq müayinə üçün məhkəmə tibbi kriminalistika şöbəsinə göndəriləcək”, - deyə o əlavə edib.