Logo
news content
User
Kateqoriyalar

Xəbər

XİN Rusiyanın Xankəndində konsulluq açımaq barədə bəyanatını şərh etmir

RF Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasinin Xankəndi şəhərində Rusiyanın baş konsulluğunun açılmasına hazırlıq getdiyi barədə bəyanatından üç gün keçsə də, rəsmi Bakı susqunluğunu davam etdirir.

"İkitərəfli məsələlərimizdən Xankəndində baş konsulluğun açılmasını qeyd edərdim. Yaxın günlərdə bununla bağlı hazırlıq işlərinə başlamağı planlaşdırırıq və sizin dəstəyinizə ümid edirik", deyə Karasin bildirib.

Senatorun sözlərinə görə, yaxşı olardı ki, regionda Rusiyanın diplomatik nümayəndəliyi bu il açılsın. "Bu, hər iki ölkənin qarşılıqlı konsul iştirakında bərabərsizliyi aradan qaldırmasına imkan verərdi", deyə Karasin Moskvada Azərbaycan parlamentinin nümayəndə heyəti ilə görüşdə bildirib və Moskvanın bu məsələdə Bakının dəstəyinə ümid etdiyini vurğulayıb.

Karasinin hansı "bərabərsizliyi" nəzərdə tutduğu aydın deyil. Çox güman ki, söhbət Ankaranın Şuşada baş konsulluq açmaq qərarından gedir.

Həmçinin, Rusiyanın Xankəndində - ermənilərin, demək olar ki, olmadığı və rusların ümumiyyətlə olmadığı bir yerdə konsulluğa niyə ehtiyacı olduğu da aydın deyil.

Azərbaycan XİN Turan Agentliyinin bu məsələ ilə bağlı sorğusuna cavab verməyib.