Logo
news content
User
Kateqoriyalar

Xəbər

XİN rəhbəri: "Sülhməramlıların fəaliyyət müddəti sənəd əsasında tənzimlənir"

Rusiya sülhməramlı kontingentinin fəaliyyət müddəti sənəd əsasında tənzimlənir.

Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.

"Fakt ondan ibarətdir ki, üçtərəfli bəyanat var və bu sənəd liderlər səviyyəsində imzalanıb. Həmin sənəddə Rusiya sülhməramlı kontingentinin Azərbaycandakı fəaliyyəti 2025-ci ilə kimi nəzərdə tutulub. Bu sənəd əsas götürülməlidir", - o qeyd edib.