Xəzərin səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - VİDEO
09 Mart 2026
Xəzər dənizində suyun səviyyəsi tarixi minimuma yaxınlaşır. Bu isə ciddi narahatlıq doğurur.
Xəzər TV xəbər verir ki, Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyevin sözlərinə görə, Xəzərdə suyun enmə tendensiyası hazırda da qeydə alınır. Əvvəlki qədər sürətli enmə müşahidə edilməsə də, proses davam edir.
Onun sözlərinə görə, növbəti illərdə suyun səviyyəsinin artması hiss oluna bilər, ancaq səviyyənin əvvəlki vəziyyətə çatması, əlbəttə ki, zaman alacaq.
Ənvər Əliyev deyir ki, Xəzərdə suyun azalması prosesi davam etdikcə, bunun digər sahələrdə təsiri daha qabarıq müşahidə olunacaq.