Xarici diplomatlar Laçında səfərdədirlər
24 May 2024
Mayın 24-də COP29 Prezidentliyi Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusu iqlim dəyişikliyinə qarşı mübarizə dialoqunda iştiraka dəvət edib.
Tədbir zamanı COP29-un rəhbər qrupu iqlimlə bağlı danışıqlar ilinə baxışını və Prezidentliyin məqsədlərini açıqlayıb. Bu barədə Prezidentliyin X platformasında yerləşdirilən məlumatında deyilir.
Diplomatlar qarşısında dövlət başçısının beynəlxalq məsələlər üzrə köməkçisi Hikmət Hacıyev çıxış edib.