Xankəndinə gedən PFL əməkdaşları ağır qəzaya düşüb, PFL prezidenti yaralanıb
16 Dekabr 2023
Bu gün səhər saatlarında Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakinin Rəsul Qafarlının idarə etdiyi "Mercedes Vito" markalı avtomobillə Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Qəza nəticəsində Peşəkar Futbol Liqasının (PFL) 6 əməkdaşı yaralanıb. Onların arasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov da var. Bundan əlavə, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov da xəsarət alanlar arasındadır.
Hadisə dekabrın 16-da səhər saat 07:05 radələrindən Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verib.
TƏBİB-dən bildirilib ki, xəsarət alanlar əvvəlcə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan 2-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə stabil qiymətləndirilir.
Daha sonra qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları Bakıya göndərilir. Bu barədə qəzada xəsarət alan PFL-in media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.