Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xankəndidə 27 yaşlı gənc elektrik vurması nəticəsində ölüb

Xankəndidə gənc oğlanı elektrik cərəyanı vurub.

27 yaşlı Abdinov Amin transformatordan naqil kəsərkən elektrik cərəyanı vurması nəticəsində hadisə yerində həyatını itirib.

Məlumatı mərhumun yaxınları təsdiqləyib.

Şəxsin meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Bərdə şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.