Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xameneinin meyitinin görüntüsü Netanyahuya təqdim edilib - KİV

İranın Ali Rəhbəri Əli Xameneinin Tehrandakı iqamətgahından İran hakimiyyəti tərəfindən tapılan meyitinin görüntüsü İsrail baş naziri Benyamin Netanyahuya təqdim edilib.

Bu barədə İsrailin "Channel 12" telekanalı məlumat yayıb.

“Reuters“ agentliyi də İsrail rəsmisinə istinadən Xameneinin cəsədi tapıldığını və onun öldüyü təsdiqləyib.

Qeyd edək ki, İran rəsmiləri və mediası bu barədə hələlik heç bir məlumat açıqlamayıb.