
Xameneinin Bakı ofisinin fəaliyyəti bərpa edilir?
26 May 2025
İranın Ali Rəhbəri Seyid Əli Xameneinin Azərbaycandakı ofisinin fəaliyyətini bərpa etməsi nəzərdə tutulmur.
APA bu barədə öz mənbələrinə istinadən bildirir.
Qeyd edək ki, ötən gün bəzi mənbələr ofisin Azərbaycandakı fəaliyyətinin bərpa olunmasına dair xəbər yayıb.
***
İranın ali lideri Seyid Əli Xamenei Azərbaycandakı ofisinin fəaliyyətini bərpa edir.
Bu barədə "Azad İran" İran İslam İnqilabı Keşikçiləri Korpusuna istinadən məlumat yayıb.
Məsələ ilə bağlı təfərrüat hələ açıqlanmayıb.