"Whatsapp"dan aldadıcı funksiya: Çoxlarının ürəyincə olcaq...
03 İyul 2022
"Whatsapp”ın gələcək yenilənməsində istifadəçilər özlərinin onlayn olduqları barədə məlumatı gizlədə biləcəklər.
Bu məlumatın hamıdan və ya yalnız müəyyən şəxslərdən gizlədilməsi mümkün olacaq.
Hazırda istifadəçilər mesencerdə sonuncu dəfə aktiv olduqları barədə məlumatı gizlədə bilərlər, lakin onlayn olduqlarını göstərən məlumatın gizlədilməsi isə hələ ki, mümkün deyil.
Müvafiq funksiyanın Android, iOS və fərdi kompüterlər üçün mesencerin beta versiyasında tətbiq ediləcəyi planlaşdırılır.