Volqoqradda qatara PUA ilə hücum edilib, yanacaq vaqonu partlayıb
14 May 2024
Rusiyanın Volqoqrad vilayətində yük qatarı relsdən çıxıb.
Bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.
Məlumata əsasən, qatarın relsdən çıxmasına səbəb pilotsuz uçuş aparatının (PUA) hücumu olub. Nəticədə yanacaqla dolu iki sistern alışıb, sonra biri partlayıb. Yanacağın dağılması nəticəsində yanğın baş verib.
Ümumilikdə doqquz vaqonun relsdən çıxdığı vurğulanıb. Hazırda hadisə yerində yanğınsöndürənlər fəaliyyət göstərir.
Zərərçəkənlərin olmadığı qeyd edilib.