Logo
news content
User
Kateqoriyalar

Xəbər

Vəkil Adəm Məmmədov həbs edilib

Tanınmış vəkil Adəm Məmmədov həbs edilib.

Bu barədə xüsusi ittihamçı Ceyhun Yusifovun  vəkili Asim Abbasov məlumat verib.

Bildirilib ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın hökmünə əsəsən, Adəm Məmmədov Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək ümumilikdə 6 ay müddətə azadlıqdan məhrum edilib.

Eyni zamanda, Adəm Məmmədovun qardaşı Xəyyam Məmmədov da həmin maddələrlə təqsirli bilinərək barəsində 6 ay müddətə islah işləri cəzası verilib.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin bu il yanvarın 27-də keçirilən iclasında Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətə dayandırılması ilə bağlı qərar qəbul edilib.