Vedant Patel: "ABŞ Bakı ilə İrəvan arasında sülhün mümkünlüyünə inanır"
14 May 2024
ABŞ Azərbaycan və Ermənistan arasında sülhün hələ də mümkün olduğuna əmindir.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə söyləyib.
O vurğulayıb ki, tərəflər arasında danışıqların gedişi barədə konkret məlumat olmasa da, dövlət katibi və digərləri bu istiqamətdə fəal işləyirlər. Dövlət Departamentinin nümayəndəsi ABŞ-nin regionda sülhə nail olmaq üçün səyləri dəstəkləməyə davam edəcəyinə bildirib.
Qeyd edək ki, mayın 10-11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında birbaşa danışıqların yekununda tərəflər hələ də fikir ayrılıqları mövcud olan açıq məsələlər üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər.