Logo
news content
User
Kateqoriyalar

Xəbər

Vaşinqton Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü təşkil etməyə hazırdır

Vaşinqton Azərbaycan və Ermənistan xarici işlər nazirləri (XİN) arasında görüş keçirməyə hazırdır.

Bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn jurnalistlərə açıqlamasında deyib.

“Söhbət hər iki tərəf üçün nəyin daha faydalı olacağından gedir. Ümid edirəm ki, xarici işlər nazirləri ən qısa zamanda görüşmək imkanı tapacaqlar. Əgər bu, Vaşinqtonda baş verərsə, biz oynaya biləcəyimiz roldan asılı olmayaraq, onları məmnuniyyətlə qəbul edəcəyik. Ancaq bir çox kanallar var və hər iki tərəf effektiv birbaşa əlaqəni dəstəkləyirlər. Biz bu prosesdə dost kimi iştirak edirik”, - o bildirib.