Neftimizin orta qiyməti yanvar-sentyabr aylarında 96 dollardan yuxarı olub
04 Noyabr 2026
Bu ilin yanvar-sentyabr aylarında "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 96,1 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin Zərfində əksini tapıb.
Bildirilir ki, qeyd olunan göstəreici bu da cari il üzrə büdcə hesablamaları üçün tətbiq olunmuş qiymətindən (65 ABŞ dolları) 31,1 ABŞ dolları və ya 47,8 faiz çoxdur.