Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Vardanyan xəstələri Qarabağdan buraxmır" - Erməni şərhçi

Vardanyan xəstələri Qarabağdan buraxmaqdan imtina edib.

Bu barədə erməni siyasi şərhçi Onik Qriqoryan “Twitter" hesabında yazıb.

“Bu arada, Azadlıq Radiosuna müsahibəsində de-fakto dövlət naziri Ruben Vardanyan deyir ki, Qarabağda ərzaq, yanacaq və dərman təminatında heç bir problem yoxdur”, - deyə erməni siyasi şərhçi Onik Qriqoryan yazıb.

Vardanyan, həmçinin deyir ki, aksiyaçıların təcili yardım və digər nəqliyyat vasitələrini buraxdığı barədə eşidib, ancaq Qarabağ bunu etməyəcək.